XƏBƏRLƏR

06.05.2019 17:01
Rektor elmdə ilkə imza atdı – Lütfi Zadənin xeyir-dua verdiyi iş-VİDEO

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Azərbaycan elm tarixində böyük uğura imza atıb.

AzEdu.az xəbər verir ki, professorun materialşünaslıqla bağlı elmi tədqiqatları dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific” tərəfindən kitablaşdırılıb.

Məlumat üçün deyək ki, adıçəkilən nəşriyyat dünyanın ən ciddi elmi nəşrlərinin çapı ilə məşğuldur və hər hansı alimin əsəri orada yalnız mürəkkəb şərtlər, tələblər əsasında işıq üzü görür. Bundan əlavə, hər hansı əsərin çapı üçün nəşriyyatın özünün xüsusi sifarişi ən vacib amildir.

Rektorun materialşünaslıqla bağlı apardığı orijinal elmi tədqiqat işləri “Fuzzy-logic based material and selection and synthesis” adlı kitabda cəm olunub.

Burada ilk dəfə olaraq dahi həmyerlimiz Lütfi Zadənin əsasını qoyduğu Qeyri-səlis  məntiqin  materialşünaslığa tətbiq məsələləri əksini tapıb. Elə kitabın ilk xeyir-duasını da Lütfi Zadə verib.

Rektor isə öz növbəsində kitabın ön sözündə onu həm də Lütfi Zadənin ruhuna həsr etdiyini vurğulayıb:

AzEdu.az bu elmi uğurla bağlı professor Mustafa Babanlı ilə hazırladığı video materialı təqdim edir:

QEYD: Rektorla söhbət təkcə bu video materialla yekunlaşmır. Professor Mustafa Babanlı ilə həm bu, həm də  digər elmi, eləcə də təhsil məsələləri ilə bağlı apardığımız geniş müsahibə tezliklə AzEdu.az təhsil portalında yayımlanacaq.

 

İlin gənc müəllimi-Müraciət formu