Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 12:36:00
Magistr olmaq istəyənlərin nəzərinə! - “Elektron ərizə”nin doldurulma və təsdiqi qaydaları

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu fevralın 1-də başlayıb.

AzEdu.az DİM-in rəsmi saytına istinadən "Bakalavrın elektron ərizəsi" formasının doldurulması və təsdiqi mərhələsini təqdim edir:

Bakalavr:

Elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini əlavə etməlidir. Bakalavr yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər;

Mərkəzin saytından (eservices.dim.gov.az/erizemag/erize) ali təhsil müəssisəsinə qəbul olmaq üçün təqdim etdiyi “Abituriyentin ərizəsi”ndəki iş nömrəsini öyrənir və tələb olunan sənədləri (səhifə 2) toplayır;

eservices.dim.gov.az/erizemag/erize internet səhifəsinə daxil olur, “Şəxsi kabinet”inin istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır.

Elektron ərizə forması ekranda açıldıqdan sonra “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir; 

Ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü, tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;

"Ərizəni yadda saxla" düyməsini basır;

Proqram məntiqi yoxlamalar nəticəsində səhvlər barədə məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən "Ərizəni yadda saxla" düyməsini basır;

Proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, ekranda "Ərizəni təsdiq et" düyməsi aktivləşir; 

"Ərizəni təsdiq et" düyməsini basır. Bəyannaməni oxuyur və "Şərtlərlə razıyam" düyməsini basmaqla elektron ərizəni özü təsdiq edir. Ərizənin təsdiq edilməsi haqqında məlumat ekranda göstərilir;

Məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədi ilə ərizəni doldurduqdan və ərizənin təsdiqindən sonra "Səhifədən çıxış" düyməsini basır.

Ərizəsini təsdiq edənə qədər bakalavr elektron ərizəsində düzəlişlər edə bilər.

Qeyd edək ki, sənəd qəbulu fevralın 11-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları