Azedu.az

Təhsil Tələbə Krediti üçün 54 mindən çox müraciət daxil olub

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

16 Sentyabr 2024, 16:05
Təhsil Tələbə Krediti üçün 54 mindən çox müraciət daxil olub

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan AzEdu.az-a verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib.

Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox