Azedu.az

Bill Qeyts \"Microsoft\"dan istefa etdi    

14 Mart 2020, 15:14
Bill Qeyts \

Dünyanın ikinci ən varlı adamı Bill Qeyts qurucusu olduğu "Microsoft"dan istefa edib.
AzEdu.az xarici KİV-ə istinadla xəbər verir ki, Bill Qeyts insanlara yardım işlərinə daha çox vaxt ayırmaq istədiyi üçün "Microsoft"un idarə heyətindən ayrıldığını bildirib.
Qeyd edək ki, Bill Qeyts 2000-ci ildə şirkətin direktoru vəzifəsindən uzaqlaşmışdı. Uzun illər dünyanın ən zəngin adamı titulunu daşıyan Bill Qeyts hazırda səhiyyə və təhsil sahələrindəki problemlərin aradan qaldırılması istiqamətində işlər görür. Sonuncu dəfə koronavirusla mübarizə üçün təsis edilmiş quruma yüksək məbləğdə pul bağışlamışdı.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox