Azedu.az

Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Elm və Təhsil Nazirliyi

17 Mart 2025, 15:00
Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Şabran şəhərində vətəndaşları qəbul edib.

AzEdu.az xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, tələbə təqaüdü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox