2012-2015-ci illərdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində tədris işləri üzrə direktor müavini, 2015-2016-cı illərdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində direktor, 2018-2024-cü illərdə Təhsil Şöbəsində Metodik Kabinetin direktoru vəzifəsində çalışmışdır;
Coğrafiya müəllimidir;
2016-cı ildə müəllimlərin DQ imtahanlarında iştirak edərək 53 bal toplamışdır;
Dərslərini müasir tələblərə cavab verəcək səviyyədə təşkil etməklə yanaşı daim Respublika və Beynəlxalq əhəmiyyətli təlimlərdə iştirak edərək peşəkarlıq səviyyəsini yüksəltməyə və yenilikləri mənimsəməyə çalışır;
- ETN və Dünya Bankının birgə təşkil etdiyi “Məktəb qrant layihələri” üzrə 2 dəfə kurslarda iştirak edərək “Trener” seertifikatı almışdır.
- ETN və Junior Achievmente Azerbaijan təşkilatının birgə təşkil etdiyi “İqtisadiyyata giriş” kurslarında iştirak edərək ETN və təşkilatın sertifikatını almışdır.
- “İRƏLİ” ictimai birliyinin təşkil etdiyi kompüter kürslarında iştirak etməklə müasir kompüter proqramları üzrə bütöv kursu bitirmişdir.
- MƏDƏD humanitar təşkilatının “İKT-nin təhsilə tətbiqi” üzrə ”Müəllimlərin Peşəkarlıq Səviyyəsinin təkmilləşdirilməsi” təlim kurslarında iştirak etmişdir.
- Fənn kurikulumları və Coğrafiya fənni üzrə təkmilləşdirmə kurslarında iştirak edərək sertifikat almışdır.
- Məktəbdaxili qiymətləndirmə və metodist hazırlığı təlimlərində iştirtak etmişdir.
- Coğrafiya dərsliyi (5-cı və 7-ci sinif) əsasında tədrisin təşkili kurslarını müvəffəqiyyətlə bitirmişdir.
- Koreya-Azərbaycan (KOİCA) təhsil təlimlərində iştirak edərək “Beynəlxalq Təlimçi” statusu almışdır.
- 2005-2010-cu illərdə ETN-nin razılığı əsasında I-XI siniflər üçün çap olunmuş Təbiətşünaslıq, Həyat bilgisi və Coğrafiya üzrə test toplularının həmmüəllifidir.
- 2017-ci ildə İsmayıllı-İto “qardaşlaşmış şəhərlər” layihəsi çərçivəsində Yaponiyada təhsil sahəsi üzrə şagirdləri ilə birgə səfərdə olmuşdur.
- 2018-ci ildə Azərbaycan Müəllimlərinin XV Qurultayına nümayəndə seçilmişdir.
Hər il hazırladığı şagirdlər yüksək ballarla ali məktəblərə qəbul olunur. 2015-ci ildən dərs dediyi şagirdlərin bir çoxu Respublika Fənn Olimpiadalarında iştirak edirlər. Onlardan bir neçəsi Respublika finalında iştirak edərək qaliblər sırasında yer almışlar. Gənc nəslin təlim-tərbiyəsindəgöstərdiyi peşəkar fəaliyyəti həm yerli idarəetmə orqanları, həm də nazirlik və dövlət səviyyəsində qiymətləndirilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə ”Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
- Dəfələrlə İsmayıllı rayon İcra Hakimiyyətinin, İsmayıllı rayon Təhsil Şöbəsi və ATİAHİ-nin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
- 2021-ci ildə ETN-nin sərəncamı ilə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
- 2024-cü ildə ATİAHİ-nin “100 illik medalı” ilə təltif olunmuşdur.
3 övladı var. Hər üçü tələbədir.
Qızları Gənciyeva Sara BDU-nun Jurnalistika fakultəsində (tədris ingilis dilində), Gənciyeva Sevinc Xəzər Universitetinin Psixologiya fakultəsində (tədris ingilis dilində), oğlu Gəncizadə Tərlan isə Hərbi məktəbdə təhsil alır.