Müxtəlif çoxsaylı müsabiqələrdə şagirdləri qalib olub. Bunlardan bir neçəsi:2015-ci ildə İlahə Rzayeva RFO- nun final mərhəsində tarix fənni üzrə (qizil medal)1ci yer qazanmış,2017-ci ildə RFO-nun final mərhələsində 2 şagird- Məhərrəmov Tayfur 2-ci yer (gümüş medal),Ələkbərova Fatimə 3-cü yer(bürünc medal) əldə etdilər.2018-ci ildə eyni şagirdlər yenədə eyni nəticəni RFO-nun final mərhələsində gümüş və bürünc medal əldə etdilər.2024-cü ildə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində keçirilmiş IV Şagird Elmi Praktik Konfransında tarix bölməsi üzrə 3 şagirdi: Əhmədzadə Fəxrəddin,Hüseynli Xuraman,Əhmədzadə Əsma 1ci yer qazandılar.Cəngən kənd tam orta məktəbində zəngin diyarşunaslıq muzey tipli tarix kabineti hazırlayıb. Şagirdləri lə birgə ərazinin tarixini araşdıraraq arxeoloji tapıntılar əldə etmişik.AMEA-nın Arxeologiya Şöbəsi ilə sıx əməkdaşlıq ediblər.Rayonun ictimai işlərində yaxından iştirak edib. Çoxsaylı mükafatlarının içində Azərbaycan Respublikasi Təhsil Nazirliyi tərəfindən 2017-ci ildə Fəxri Fərman,2021-ci ildə isə “Qabaqcıl Təhsil İşçisi”döş nişanı təltifləri var.