1994-cü ildə Bakı Dövlət Universitetinə daxil olmub, 1998-ci ilə bakalavriat təhsil pilləsini fərqlənmə diplomu ilə başa vurub;
1998-ci ildə həmin universitetin magistraturasına qəbul olunub, 2000-ci ildə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə başa vurub;
1998-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb və indiyə qədər də həmin məktəbdə çalışıram;
Daim öz üzərimdə çalışıb, peşəkar inkişafıma nail olmaq üçün müxtəlif təlim və treninqlərdə ("Mətn üzərində işin təşkili,"Elektron jurnalın işlənməsi","Differensial təlimin təşkili" və s) iştirak edib;
Müəllimlərin Diaqnostik Qiymətləndirmə imtahanında 58 bal, 2023-cü ildə keçirilən Müəllimlərin Sertifikatlaşdırma İmtahanının test mərhələsində 55 bal,müsahibə mərhələsində isə maksimum 40 bal toplayıb;
2023-cü ildə təhsil sahəsində qazandığı uğurlara görə Elm və Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülmüşdür.