Ucar şəhər 4 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;
1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat müəllimliyi ixtisasını bitirib;
Həmin ildən də Ucar rayonu Çiyni kəndində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətinə başlayıb. 1985-ci ildə müəllimlik fəaliyyəti ilk dəfə Azərbaycan Maarif Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) tərəfindən qiymətləndirilmiş və Fəxri Fərmanla təltif olunub;
1987-ci ilin sentyabr ayından Ucar şəhər 4 nömrəli tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub və 2004-cü ilə qədər də həmin vəzifədə çalışıb;
2004-cü ildən rayonda riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib;
Hazırda 27 şagirdi riyaziyyat müəllimi olaraq çalışır;
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına, 2015-ci ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb;
2007-2008-ci tədris ilində “Ən yaxşı 100 müəllim” müsabiqəsinin qalibi olub;
2010-2018-ci illərdə onun şagirdlərindən Hacılı İmran, Əliyeva Zəhraxanım, Şamilov Şamil Respublika üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsində iştirak edərək 2-ci və 3-cü yerləri qazanıblar;
Respublikanın müxtəlif qəzet və jurnallarında təklif və məqalələrlə çıxış edib və eyni zamanda “Məntiq və riyaziyyat” elmi – kütləvi məntiqi-riyazi jurnalın redaksiya heyətinin üzvü olub;
Hazırda Xeybər Hacıyev Ucar rayonunda riyaziyyat fənninin sirlərini şagirdlərinə sevə-sevə öyrədir.