Ağdaş şəhər Müşfiq İsayev adına tam orta məktəbin Təsviri incəsənət müəllimi;
1990-1994-cü illərdə Ə.Əzimzadə adına Rəssamlıq Texnikomunu (indiki adı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məkəbi) bitirib.1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib;
1994-cü ildən Ağdaş şəhər M.İsayev adına tam orta məktəbdə təsviri incəsənət müəllimi olaraq fəaliyyətə başlayıb;
Məlahət İsmayıl hələ ilk uğurlarını məktəbdə oxuduğu illərdə alıb. Belə ki, 1986-cı il mayın 19-da "Sülhü və əməyi tərənnüm edirəm" mövzusunda keçirilən sərgidə 1-ci yerə layiq görülüb;
1998-ci ildə Qazaxıstanda keçirilən “Sülh uşaqların gözü ilə” festivalında I yerə, 1989-cu ildə Moskvada keçirilən “Yay simpoziumu” adlı sərgi konfransda iştirak edərək Fəxri Fərmanla təltif olunub;
Həmçinin 1992-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə “Fəxri Fərman”la təltif edilib;
Məlahət İsmayıl 1994-cü il 19 yanvar tarixində “İşıqlı tabloların yaradıcısı” adlı fərdi sərgidə 20 əsərlə iştirak edib. Onun 1994-cü ildə “Qobustan jurnalı”,”Mədəniyyət” qəzeti,”Səhər” qəzeti, ”Zaman türk” qəzeti,”Yerli Əmək” qəzeti və bir çox qəzet ve jurnallarda əsərləri və yaradıcılığı haqqında məqalələr dərc olunub;
O ,1997-ci ildə Ali təhsil və orta ixtisas müəssisələri arasında keçirilən simpoziumda “Səttar Bəhlulzadə Azərbaycan Təbiətinin atası” adlı məruzəsinə görə Fəxri Fərman və hədiyyələrlə təltif olunub;
1998-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər İdman və Turizm İdarəsi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən layihədə “Rəngkarlıq” nominasiyası üzrə I yerə və pul mükafatına layiq görülüb;
2002-ci ildə Ağdaş Rayon İcra Hakimiyyətinin və Ağdaş rayon Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda ilk fərdi sərgisi təşkil olunub;
Elə həmin ildə Azərbaycan Respublikası Rəssamlar İttifaqının diplomu ilə təltif olunub;
O müxtəlif illərdə ölkə və beynəlxalq əhəmiyyətli tədbir və festivallarda iştirak edərək Fəxri Fərman və diplomlarla təltif olunub;
2007-ci ildə ölkə Prezidenti Cənab İlham Əliyev Ağdaş rayonunda səfərdə olarkən II yaradıcılıq fərdi sərgisini açı qhavada təşkil edib və “Ağdaş mənzərəsi” adlı əsərini Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya hədiyyə edib;
2016-cı ildən Azərbaycan Türkiyə Aktivist Rəssamlar İttifaqının üzvüdür. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medalla təltif edilib;
2023-cü ildə səmərəli fəaliyyətinə görə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.