Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbin Biologiya müəllimi;
2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin biologiya müəllimliyi ixtisasını bitirib;
Həmin ildən də Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli orta məktəbdə biologiya müəllimi olaraq çalışır;
2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, 2022-ci ildə isə Prezidentin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb;
Bundan əlavə olaraq 2022/2023-cü tədris ilində səmərəli fəaliyyətinə, nümunəvi və fəal xidmətlərinə görə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunub;
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edib 57 bal ( 40 ixtisas, 17 metodika) toplayıb;
Dərs dediyi şagirdləri müxtəlif illərdə respublika əhəmiyyətli müsabiqə və olimpiadaların qalibi olublar.