Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
Naxçıvanski Aytən Yusif qızı 2011-2012-ci tədris ilindən Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir;
Tədris prosesində yeni təlim metodlarından və təlim texnologiyalarından məharətlə istifadə edir;
Fəaliyyəti dövründə diaqnostik qiymətləndirmədən 50, sertifkasiya imtahanından 51 bal toplamışdır;
2021-2022-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi Döş Nişanı" ilə mükafatlandırılıb;
Səmərəli və işgüzar fəaliyyətinə görə Oğuz rayon İcra hakimiyyəti, Oğuz rayon təhsil sektoru tərəfindən dəfələrlə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.