Azedu.az

Azyaşlılara çipslərin satışı qadağan ediləcək

Xəbərlər

21 Mart 2025, 08:21
Azyaşlılara çipslərin satışı qadağan ediləcək

Rusiyada çipslərin aksizli məhsul sırasına daxil etmək, eyni zamanda onların yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsi təklif edilir.

 

AzEdu.az xəbər verir ki, bu təkliflə Rusiya Baş naziri Mixail Mişustinə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) yanında İctimai Şuranın rəhbəri Oleq Pavlov müraciət edib.

 

Sənəddə o da bildirilir ki, hələ 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) transyağlarla zəngin qidaların, o cümlədən çipslərin istehlakını azaltmağı və ya qadağan etməyi tövsiyə edib. Təşkilatın məlumatına görə, transyağların istehlakı ürək-damar xəstəliklərinin inkişafına və hər il dünyada 500 minə qədər insanın vaxtından əvvəl ölümünə səbəb olur.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox