Azedu.az

Elm və Təhsil Nazirliyində yeni TƏYİNAT

Xəbərlər

Elm və Təhsil Nazirliyi

11 Mart 2025, 18:14
Elm və Təhsil Nazirliyində yeni TƏYİNAT

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Xəqani Qurbanov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur.

 

AzEdu.az  Modern.az-a istinadən xəbər verir ki, Qurbanov Xəqani Sayad oğlu Bakı Slavyan Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili almışdır. 2001-2016-cı illərdə Kürdəmir rayon ümumi təhsil müəssisələrində müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor, rayon təhsil şöbəsində metodist, aparıcı məsləhətçi, müdir vəzifələrində çalışmışdır. 

 

2016-cı ildən Daxili nəzarət şöbəsində baş mütəxəssis, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində işləyib.

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox