Azedu.az

İmişlidə 18 yaşlı qızı traktor vurub

Xəbərlər

10 Mart 2025, 15:32
İmişlidə 18 yaşlı qızı traktor vurub

İmişli rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə bu gün saat 13 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Vidadi Fətullayev idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 2007-ci il təvəllüdlü qız İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sağ dirsəyin, sol budun, sol qasıq nahiyəsinin, sağ sağrı nahiyəsinin, hər iki diz nahiyəsinin sıyrılmış, əzilmiş yaraları diaqnozu təyin edilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox