Azedu.az

İnqilablara və müharibələrə tab gətirəcək nəsil yetişdirməliyik

Müəllimlər və elm adamları

12 Mart 2025, 11:41
İnqilablara və müharibələrə tab gətirəcək nəsil yetişdirməliyik

“Müasir dövrdə yaşayış yaratmağa hazır olmaq lazımdır”.


AzEdu.az xəbər verir ki, bu sözləri “Sabahın alimləti” XIV Respublika Layihə Müsabiqəsinin açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

 

“Bu müsabiqədə qalib olmaq, ya olmamaq fərq etmir. Burada iştirak belə, sizin həyatınızda müsbət rol oynayacaq. 1000-dən 9 və 11-ci sinif şagirdləri öz layihələrini təqdim etmişdilər, amma ekspertlərin rəyi ilə onlardan yalnız 123-ü finala çıxmışdı. Həmin layihələrdə yaradıcılıq motivləri güclü idi. 

 

Müasir dövrdə yaşayış yaratmağa hazır olmaq lazımdır. O insanlar ki, gələcəkdə seçdiyi sahədə professional olacaq, onlar inqilablara, müharibələrə davam gətirə və ölkənin inkişafına dəstək ola bilərlər. Professional o insan olacaq ki, razılaşdırılmamış şəraitdə işləyə biləcək və böhran vəziyyətində düzgün qərar verə biləcək.

 

Bizi gələcəkdə hansı inqilabların gözlədiyini demək çətindir, amma sivilizasiya olduqca, həmin şəraitə uyğunlaşmaq lazımdır. V və VI inqilablarda robotlaşma özünü açıq şəkildə biruzə verəcək. Amma bütün bunlara baxmayaq insan zəkası bütün problemlərin əsasında dayanır. Gələcəkdə elmin inkişafı da insan zəkasından asılı olacaq”.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox