Azedu.az

Görmə məhdudiyyətli şəxslər üçün Quba məktəblisindən İXTİRA

Məktəblər

Region təhsili

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

13 Mart 2025, 10:05
Görmə məhdudiyyətli şəxslər üçün Quba məktəblisindən İXTİRA

Ötən gün “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqə üzrə qeydiyyatdan keçən 654 layihədən 138-i sərgidə iştirak hüququ qazanıb.

 

Maraqlı layihəsi ilə çıxış edənlərdən biri də Quba şəhəri Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü liseyin 11-ci sinif şagirdi Zamiq Şükürovdur.

 

Zamiq hazırladığı cihaz barədə fikirlərini AzEdu.az-la bölüşüb.

 

“Dünyada 35 milyon görmə məhdudiyyətli insanın 40 mini Azərbaycanda yaşayır. Hazırladığım cihazın adı “The Right Way”, yəni “Doğru yol”dur. Cihazın məqsədi görmə məhdudiyyətli insanlara yardım etməkdir. O, şəxsin qarşısına hər hansısa maneə çıxdığı zaman sensorlar vasitəsilə bunu hiss edib, siqnalzasiya verməyə başlayır. Bundan sonra  cihaz maneənin sağ və sol tərəfini yoxlayır. Əgər sağ tərəfdə yol varsa, bu zaman şəxsin əlinin sağ tərəfinə toxunur və oradan gedə biləcəyini bildirir.

 

Sensorun tapa bilməyəcəyi maneə – məsələn, açıq kanalizasiya borusu, çuxurlar və s. olduqda “The Right Way”-ın altındakı kamera şəxsi süni intellekt vasitəsi ilə bunları görə bilir. Məsələn qarşıda açıq kanalizasiya borusu varsa, bu zaman həmin borunu kamera ilə müəyyənləşdirib, görmə məhdudiyyətli şəxsə qulaqlıqla xəbər verir ki, “Burada dayanın və gözləyin”. Daha sonra doğru yolu müəyyənləşdirib, yenə də qulaqlıqla son məlumatı ötürür. Süni intellektin ən yaxşı xüsusiyyəti 3 dildə danışa bilməsidir. O ingilis, türk və Azərbaycan dilində danışa bilir. Bizim dildə səlis danışa bilən yeganə cihazlardan biridir.

156598

Cihazın ən böyük üstünlüyü ondan ibarətdir ki, sürülərək öz-özünə öyrənmə qabiliyyətinə malikdir. Gələcəkdə təxmin oluna bilməyən və ya biz tərəfdən cihaz beyninə əlavə edilməmiş əngəlləri belə, onun düşünmə qabiliyyəti təxmin edə biləcək.

 

Cihazın qiyməti Azərbaycan bazarı üçün 200 AZN olacaq. Xarici ölkələr üçün isə 300 manata satış etməyi düşünürəm. Qeyd edim ki, rəqiblərimizin qiymətləri 700-2000 dollara qədərdir.

 

“The Right Way”-ın məqsədi görmə məhdudiyyəti olan insanların heç kəsdən asılı olmadan öz həyatlarına davam etməsinə yardımçı olmaqdır”.

 

Zamiq qeyd edir ki, o məktəbi bitirdikdən sonra xarici ölkələrdən birində kibertəhlükəsizlik mütəxəssisi kimi təhsil almaq istəyir:

156599

“Hazırladığım cihaz üçün 3000-dən çox kod yazmışam. Buna görə də məktəbi bitirdikdən sonra proqramçı, kibertəhlükəsizlik mütəxəssisi kimi təhsilimi davam etdirmək istəyirəm. Bunun üçün də hazırlıq görürəm”.

Putin təcili cəbhə bölgəsinə getdi - Əks-hücum başladı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox