Azedu.az

Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

10 Sentyabr 2024, 11:08
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək

Bu ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib.

 

Nazir qeyd edib ki, işləyən valideynlər üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətinə davam etdirəcək:

 

"Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur".

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox