Azedu.az

Magistr üzrə respublika birincisi: Yüksək bal toplamaq mənə sürpriz olmadı

Magistratura

14 Mart 2025, 16:00
Magistr üzrə respublika birincisi: Yüksək bal toplamaq mənə sürpriz olmadı

Magistraturaya qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edilib. İmtahanda ən yüksək nəticəni Fidan Babayeva adlı namizəd göstərib. O, maksimum baldan 97,5 bal toplayıb.

 

AzEdu.az-a danışan Fidan bildirib ki, o, ilk dəfə 2009-cu ildə 220 saylı orta məktəbdə təhsil almağa başlayıb.

 

Lakin daha sonra 2016-2020-ci illərdə orta təhsilimi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə davam etdirib. Elə həmin il Bakı Ali Neft Məktəbinə qəbul olub. Orta məktəbdə təhsil aldığı müddət olimpiadalarda da iştirak edib. 2 dəfə (2018-2019-cu illərdə) Avropa Qızlar Olimpiadasında iştirakçılardan olub. Bundan əlavə 2018-ci ildə Yeniyetmələr Balkan Riyaziyyat Olimpiadasında iştirak edib bürünc medal qazanıb. Həmçinin 2019-2020-ci illərdə Respublika Fənn Olimpiadalarından riyaziyyat fənni üzrə bürünc və qızıl mükafata layiq görülüb. Bu yaxınlarda İELTS-dən 8 bal toplayıb.

Fidan hazırda Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsidir.

 

O, qeyd edib ki, imtahanda yüksək nəticə toplayacağından əmin idi:

 

“Sözün düzü, imtahandan çıxdığım andan etibarən yüksək bal toplayacağıma inanırdım, çünki imtahanım uğurla keçmişdi. Nəticəmi öyrəndikdə isə böyük sevinc hissi yaşadım. Qeyd edim ki, yüksək bal toplamağım mənim üçün sürpriz olmadı. Hədəfim ikinci cəhddə maksimal nəticə – 100 bal toplayaraq ölkə birincisi olmaqdır. Gələcək planlarım isə ölkəmizdə və ya xaricdə nüfuzlu şirkətlərdən birində peşəkar mütəxəssis kimi fəaliyyət göstərməkdir".

 

 

 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox