Azedu.az

“Gənc psixometrik” təcrübə proqramına qəbulun imtahan mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

12 Mart 2025, 16:26
“Gənc psixometrik” təcrübə proqramına qəbulun imtahan mərhələsi keçirilib

12 mart 2025-ci il tarixində “Gənc psixometrik” təcrübə proqramının seçim prosesinin imtahan mərhələsi baş tutub.

AzEdu.az xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda Mərkəzin əməkdaşları və DİM-in könüllülərinin birgə nəzarəti ilə keçirilib.

İmtahanda (kompüter əsaslı) namizədlərə məntiqi təfəkkürün (fəza/riyazi), statistika üzrə biliklərin və rəqəmsal bacarıqların ölçülməsi üzrə 50 test tapşırığı (qapalı tipli) təqdim olunub. İmtahan 90 dəqiqə davam edib.

Qeyd edək ki, sözügedən təcrübə proqramının məqsədi təhsilin qiymətləndirilməsi sahəsində nəzəri və praktiki bilik və bacarıqların mənimsədilməsi və statistik təhlil metodlarının öyrədilməsi yolu ilə qiymətləndirmə sahəsində gənc mütəxəssislər bazasını formalaşdırmaqdır. İmtahan nəticələrinə əsasən yüksək nəticə əldə edən namizədlər növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsindən uğurla keçən namizədlər üç ay davam edəcək təcrübə proqramı çərçivəsində qiymətləndirmə və statistika sahəsində təcrübi biliklər qazanacaq, real verilənlər üzərində işləyəcək və müxtəlif layihələrdə iştirak edəcəklər.Təcrübə proqramı ərzində iştirakçılar mütəxəssislərlə birbaşa işləmək imkanı əldə edəcək, test və test tapşırıqlarının təhlili üçün müasir psixometrik metodlar və məlumat analizi texnologiyaları üzrə dərin bilik və bacarıqlar qazanacaqlar. Bu təcrübə onların gələcək karyeralarında böyük üstünlük qazanmalarına kömək edəcəkdir.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox