"III qrupda reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.
O,qeyd edib ki, bu, o deməkdir ki, reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq:
“Məsələn, hüquqşünaslıq ixtisasına keçid balı 600 bal idisə, bu il daha yuxarı olacaq”.
Ötən il keçid balları 400 baldan yuxarı formalaşmışdırsa, bu il keçid balı artacaq.