2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin mayın 26-dan başlanan ərizə qəbulu bu gün başa çatıb.
AzEdu.az xəbər verir ki, 85800 abituriyent elektron ərizəsini təsdiq edib.
İxtisas qrupları üzrə vəziyyət belədir:
I qrup: 28464
II qrup: 16661
III qrup: 20966
IV qrup: 4993
V qrup üzrə 55742 abituriyent ərizəsini təsdiq edib ki, onlardan da 9359 nəfəri qabiliyyət imtahanında iştirak etmək üçün ərizə təqdim edib.
XI sinifdən kolleclərə ərizə təqdim edənlərin sayı isə 59986 nəfər olub.
Qeyd edək ki, bu il ali məktəblərə və kolleclərə qəbul olmaq istəyənlərin sayı keçən illə müqayisədə çoxdur.