2023-cü ildən fəaliyyətə başlayan “Laləli Bağça” körpələr evi uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddət ərzində valideynlərin etibarını qazanaraq geniş fəaliyyət şəbəkəsi qurub. Hazırda Xırdalan filialı fəaliyyət göstərir. Keşlə, Gəncə, Sumqayıt və Yasamal ərazilərində isə filiallarının açılması gözlənilir.
AzEdu.az xəbər verir ki, bağçanın təsisçisi Əzimova Lalə Yusif qızıdır. Lalə xanım uzun illər təhsil sahəsində, xüsusilə kolleclərdə rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda o, bir neçə elmi məqalənin və “Təhsilin idarəedilməsi” adlı kitabın müəllifidir. Lalə xanım bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində, magistratura təhsilini isə İstanbul Dövlət Universitetində alıb. Hazırda həmin universitetin doktorantıdır.
Onun təcrübəsi və liderliyi “Laləli Bağça” körpələr evi uşaq bağçası təhsil keyfiyyətinin əsasını təşkil edir.
“Laləli Bağça” körpələr evi uşaq bağçası Azərbaycan Həmkarlar İttifaqının üzvüdür və sosial məsuliyyətə böyük önəm verir. Bağçada təhsil alan qazi və hərbçi övladları üçün 50% güzəşt, şəhid övladları üçün isə tam ödənişsiz təhsil imkanı yaradılıb. Eyni zamanda, Abşeron Rayon İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında şəhid ailələrinin üzvləri bağçada işlə təmin olunub.
Bağçada uşaqların sağlam qidalanması əsas prioritetlərdən biridir. Gün ərzində uşaqlar 5 dəfə qidalanırlar: səhər yeməyi, meyvə saatı, nahar, çayla şirniyyat fasiləsi və saat 18:00-da şam yeməyi.
“Laləli Bağça” körpələr evi uşaq bağças uşaqlara yalnız təhsil deyil, eyni zamanda isti, qayğıkeş və təhlükəsiz bir mühit təqdim etməyi hədəfləyir. Müasir yanaşma, peşəkar pedaqoji heyət və ailə dəyərlərinə sadiqlik bu müəssisəni fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Qeyd edək ki, bağçanın 60-dan çox işçi heyəti var. Heyətin hər biri Abşeron rayon Həmkarlar Birliyinə üzv olublar. Bağçanın açılışında Kiçik və Orta Biznes Sahibkarlarına dəstək fondunun böyük yardımı olub.