Azedu.az

Bağçalar Təhsil Nazirliyinə qaytarılsın - Elmira Süleymonava icra başçılarını VURDU

24 Aprel 2018, 15:22
Bağçalar Təhsil Nazirliyinə qaytarılsın - Elmira Süleymonava icra başçılarını VURDU

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir.

AzEDU.az Modern.az-a istinadən xəbər verir ki, Ombudsmanın 2017-ci il üzrə illik məruzəsində bildirilib ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır:

“Bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi - texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər”.

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox