Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 11:18:51
Müəllimlər təlimə cəlb olundu  - FOTO  

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir təhsildə yeni çağırışlar” mövzusunda təlim keçirilib. Dekabrın 28-29-da Qusarda baş tutan təlimə respublikanın müxtəlif bölgələrindən 30-dək müəllim qatılıb.

AzEdu.az xəbər verir ki, əməkdar müəllim Almaz Həsrətin moderatorluğu ilə keçirilən təlimdə Turkuaz Karyera Mərkəzinin rəhbəri İbrahim Yıldırım və Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvü Taleh Şahməmmədov müasir təhsil və təlimdə yeni yanaşma metodları, təlimdə müəllim-şagird münasibətləri mövzusunda çıxış ediblər.

İştirakçıların fəal müzakirələrilə keçən təlimin sonunda müəllimlərə sertifikat və hədiyyələr verilib. 

Təlim-turun son günündə Qusarda iki şəhid ailəsi ziyarət edilib və onlara Yeni İl hədiyyələri təqdim olunub.