Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 05:00:55
“Bizdə rezidentura yalnız bir halda özünü doğrulda bilər”-Adil Qeybulla
“Təəssüf ki, icbari tibbi sığortanın tətbiq olunmadığı təqdirdə rezidentura effektli bir sistem ola bilmir”.
 
Bu sözləri AzEDU-ya açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. O, qeyd edib ki, dövlət qayğısı və icbari tibbi sığorta olmadan həkimlərin xəstələrə yanaşması fərqli olur:
 
“Biri var, xəstə hansısa həkimə müraciət edir. Belə olan halda, həkim xəstəsini əməliyyat və ya müalicə etməyə məcburdur. Biri də var ki, xəstə konkret həkimə deyil, ümumi klinikaya müraciət edir. Yəni yalnız icbari tibbi sığorta olduğu halda rezidentura prestijli sistem hesab oluna bilər. Qalan bütün hallarda bu sistem özünü doğrultmayacaq”. 
 
Adil Qeybullanın sözlərinə görə, rezidenturaya qəbul imtahanları ayrı ölkələrdə fərqli modeldə olsa da, düzgün tətbiq olunmalıdır:
 
“Azərbaycanda rezidentura hazırlaşdıran kursların olduğundan xəbərdaram, lakin kurslarda keçirilən dərsin keyfiyyəti ilə bağlı bir sözə deyə bilməyəcəm. Türkiyədə də rezidenturaya qəbul üçün kurslar geniş yayılıb. Tələbələr bu “dərshanələrdə” iki mərhələli təşkil olunan rezidentura imtahanlarına hazırlaşırlar. Hər-halda bu sistemin effektli olduğu sübuta yetirilib. Almaniya modeli isə Türkiyədəkindən fərqlənir. Bizdə də Türkiyədə və ya Almaniyadakı model işlənib hazırlanarsa, müsbət nəticələr verə bilər”.