https://www.zirve.edu.az/
14.12.2018 13:04
Bruney - Darüssalamda magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ
Çap et

Təhsil Nazirliyi Bruney-Darüssalamda magistratura səviyyəsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı elan edib.

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, proqramı qazanan tələbələr Dövlət siyasəti və İdarəetmə ixtisası üzrə 1 semestr Bruney-Darüssalam Universitetində, 1 semestr ABŞ-ın 4 tərəfdaş (Georgetown University, University of Maryland, Duke University, University of California, Berkeley) universitetindən birində təhsil almaq imkanı qazanacaqlar.

Yaşayış, yol, sığorta xərcləri və təhsil haqqı dövlət tərəfindən qarşılanacaq. Proqrama son müraciət tarıxı 31 mart 2019-cu ilə qədərdir.

Qeyd edək ki, proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələrdə göstərildiyi  kimi elektron qaydada həyata keçirilir.

Müraciət meyarları və digər məlumatlar üçün qeyd olunan keçid vasitəsilə tanış ola bilərsiniz: http://www.ubd.edu.bn/academic-faculties/institute-of-policy-studies/   

Müraciət səhifəsinə isə göstərilən link vasitəsilə daxil ola bilərsiniz: https://apply.ubd.edu.bn/orbeon/uis-welcome/      

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları