Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 09:29:35
Şərqşünaslıq İnstitutunda soyqırımı ilə bağlı kitabların təqdimatı olub

Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda son illər 31 mart soyqırımı ilə bağlı nəşr edilmiş bir neçə kitabın təqdimatı olub.

Tədbir Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun təşkil olunub.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, İrlandiya, İran və Rusiyadan alimlər iştirak ediblər.

Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva xalqımıza qarşı ötən əsrin əvvəllərində törədilən soyqırımı ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən danışıb. Bildirilib ki, institutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var.

Tədbir çıxışlarla davam edib.