Azedu.az

Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

27 Mart 2018, 14:14
Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən  AzEDU-ya verilən məlumata görə, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 1-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox