Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 05:48:39
Alimlərdən ilk iş günü ilə bağlı xəbərdarlıq: “Bunu etməyin"

Bu gün bir həftəlik tətildən sonra başlanan iş həftəsinin ilk günüdür. Tətil,  uzunmüddətli istirahətdən sonra yenidən aktiv işə adaptasiya olunmaq, uyğunlaşmaq bir o qədər də asan deyil.

Bunun həm psixoloji, həm fiziki, həm də zehni səbəbləri var. Gərgin iş şəraitində çalışan insanlar tətil günlərində sıravi günlərdə nə qədər enerji itirdiklərinin fərqinə varırlar ki, bu da onlarda sonradan ciddi psixoloji asılılıq yaradır.

AzEDU xəbər verir ki, Kembric Universitetinin (İngiltərə) alimləri tətil günlərindən, həmçinin, şənbə və bazardan sonra insanların ilk iş gününə yaxşı uyğunlaşması üçün bir neçə tövsiyə xarakterli proqram hazırlayıblar.

Alimlər qrupu 400 insan üzərində sınaq aparıblar. Məlum olub ki, həkim və psixoloqların iş gününə yaxşı başlamaq üçün tövsiyə etdikləri qəhvədən tamamilə kənar olmaq lazımdır. Yəni, ən azından səhərlər qəhvənin içilməsi bir o qədər də uğurlu sayılmır. Tərkibində kofein maddəsi olduğu üçün insanda canlanma yaratdığı deyilən qəhvə, sonradan asılılıq yaradır və əks nəticəni göstərir. Bu səbəbdən də, ilk iş günlərində ondan istifadə qəti qadağan edilib.

Alimlər ilk iş gününə yaxşı başlamaq üçün başqa bir tövsiyə də ediblər. Lakin, bu məsləhət ictimaiyyəti çox heyrətləndirib. Onlar, günə yaxşı başlamaq üçün səhər tezdən qaçmamağı məsləhət görüblər. Halbuki, uzun illərdir, alimlərdən tutmuş, psixoloq, həkimlərə qədər hamı dəfələrlə bu tövsiyəni edib. Lakin Kembric alimləri əksini düşünürlər: Onların fikrincə, səhər yeni oyanan hüceyrələri birdən birə gərgin vəziyyətə salmaq onların inkişafı üçün xeyli zərərlidir.

Kembric mütəxəssisləri həmçinin, tətildən sonrakı ilk iş günündə işə başlamazdan əvvəl 20 - 30 dəqiqə kitab oxumağı məsləhət görüblər.

Elmin Nuri