Azedu.az

Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə start verir

Dövlət İmtahan Mərkəzi

20 Noyabr 2024, 15:38
Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə start verir

Layihənin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.

DİM-dən AzEdu.az-a bildirilib ki, layihənin müddəti 3 aydır.

Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: //portal.dim.gov.az/volunteer/

Layihədə iştirak etmək üçün qeydiyyat  20 noyabr — 15 dekabr 2024-cü il tarixləri arasında aparılacaq.

Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox