Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-05 09:21:02
Dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb - FAKTİKİ HAVA

Sentyabrın 5-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Məlumata əsasən sentyabrın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

 

 

 

Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.