Azedu.az

İyulun ilk 14 günündə nazirliyə daxil olan müraciətlərin STATİSTİKASI

16 İyul 2024, 13:59
İyulun ilk 14 günündə nazirliyə daxil olan müraciətlərin STATİSTİKASI

İyulun 1-dən 14-dək  Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 182 vətəndaş müraciəti daxil olub.
 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müraciətlərin 26 451-i çağrı mərkəzləri, 4 717-si sosial media, 2 018-i elektron, 1 212-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 3 784 müraciət qeydə alınıb. 


 
Müraciətlər müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, tələbə köçürülməsi və digər məsələlərlə bağlı olub.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox