Şəmkirdə yanğın hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən peşə məktəbinin yataqxanası, hazırda Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Belə ki, sözügedən yataqxanada olan otaqların birində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yataqxananın qalan hissəsi yanğından mühafizə edilib.