Azedu.az

Sertifikasiya: Apellyasiyada səhv sual aşkarlanmayıb

Maraqlı

22 İyun 2024, 13:47
Sertifikasiya: Apellyasiyada səhv sual aşkarlanmayıb

 

8 iyun tarixində təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.



Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olmuşdur.



Qeyd edək ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və səhv sual aşkarlanmamışdır.

 
 

 

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox