Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-15 10:11:00
ADNSU dünyanın reytinqli universitetləri sırasında...

 

Dünyanın ən nüfuzlü Beynəlxalq reytinq təşkilatlarından biriolan “Times Higher Education” (THE) “THE Impact 2024” reytinqi üzrə nəticələri elan edib.

 

AzEdu.az-a universitetdən bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 601+ qrupunda yer tutub, digəriki istiqamət üzrə isə 801+ qrupunda qərarlaşıb.

 

ADNSU eyni zamanda, ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi“THE Impact 2024” reytinqinin nəticələri üzrə 1501+ sıralamasında dünyanın reytinqli universitetləri arasında yeralıb.

 

ADNSU 13-cü Dayanıqlı İnkişaf Məqsədi olan “İqlimDəyişikliyinə Qarşı Mübarizə” üzrə və 4-cü Dayanıqlı İnkişafMəqsədi olan “Keyfiyyətli Təhsil” üzrə də eyni uğurlu nəticəni əldə edib və dünyanın ən reytinqli universitetləri arasında 601-800 qrupunda yer tutub.

 

5-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Gender Bərabərliyi” üzrəvə 7-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Sərfəli və Təmiz Enerji” üzrə ADNSU dünyanın ən reytinqli universitetləri arasında 801-1000 qrupunda dəyərləndirilib. Qeyd olunan uğurlardan əlavə, ADNSU 17-ci Dayanıqlı İnkişaf Məqsədi üzrəisə 1501+ sıralamasında qərarlaşıb.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK