Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 09:35:09
Alimlərdən XƏBƏRDARLIQ: Bu il güclü qasırğalar ola bilər

ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) İqlim Proqnozlaşdırma Mərkəzinin sinoptikləri 2024-cü ildə baş verəcək güclü qasırğa mövsümü barədə xəbərdarlıq ediblər.

 

AzEu.az xəbər verir ki, bu barədə NOAA-nın rəsmi saytında məlumat verilib.

 

Mütəxəssislərin fikrincə, qasırğa dövrü iyunun 1-dən noyabrın 30-dək davam edəcək. Bu il 17-25 fırtınanın baş verəcəyi ehtimalı var.

 

Alimlərin sözlərinə görə, tipik qasırğa mövsümündə adətən 14-ə qədər fırtına baş verir ki, bunlardan da üçü xüsusilə güclü olur.

 

Mənbə: gazeta.ru