Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-26 11:27:31
Yeni Dehlidə yanğın: Körpələr ölüblər

Hindistan paytaxtının şərqində özəl uşaq baxım mərkəzində baş verən yanğında yeddi yeni doğulmuş körpə ölüb.

 

Bu barədə Yeni Dehli polisinin bəyanatında qeyd olunub.

 

Fövqəladə vəziyyətlə bağlı zəngdən sonra hadisə yerinə 16 yanğınsöndürmə briqadası gəlib. Binanın birinci mərtəbəsindən 12 uşaq xilas edilib.

 

Xilasedicilərə yuxarı mərtəbələrdə olan daha yeddi yeni doğulmuş uşağı təxliyə etmək üçün daha çox vaxt lazım olub. Körpələr binadan çıxarılsalar da xəstəxanada ölüblər.

 

Yanğının səbəbi müəyyən edilməyib. Faktla bağlı araşdırmalara başlanılıb. Uşaq mərkəzinin sahibinə qarşı iş açılıb.

 

Mənbə: TASS