Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-20 17:09:22
Bakıda TÜRKÜNİB-in 7-ci Baş Assambleyasının iclası keçirilir

Mayın 20-də Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası təşkil olunub.  
 

AzEdu.az xəbər verir ki, tədbirdə əvvəlcə UNEC-in rektoru Ədalət Muradov universitetin TÜRKÜNİB-ə sədrliyi dövründə görülən işlər barədə təqdimatla çıxış edib.
 

Rektor bildirib ki, bu gün TÜRKÜNİB qarşısında çox böyük vəzifələr dayanır. Qeyd edilən hədəflərə çatmaq üçün TÜRKÜNİB-in təşkilati strukturunun təkmilləşdirilməsi və maliyyə imkanlarının genişləndirilməsi qarşıda duran önəmli məsələlərdəndir.
 

Açılış mərasimində çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın gördüyü işlərdən söz açıb. Baş katib TDT-nin gələcək fəaliyyət istiqamətlərini də diqqətə çatdırıb.
 

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli türk dövlətləri arasında elm və təhsil sahəsində əməkdaşlığın vacibliyi, ortaq layihələrin həyata keçirilməsi, “Orhun” mübadilə proqramının əhəmiyyətindən danışıb. 
 

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev öz növbəsində TÜRKÜNİB-in mövcudluğunu türk dövlətlərinin ali təhsil sahəsində inteqrasiyaya can atmasının bariz göstəricisi kimi qiymətləndirib.  
 

Assambleya işini müzakirələrlə davam etdirib.
 

İclasda TÜRKÜNİB-ə üzv universitetlərin elm və təhsil sahəsi üzrə mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması, eləcə də birgə akademik fəaliyyət, layihə, konfransların təşkili, mədəniyyət, idman sahələrində müsabiqələrin keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunub. 
 

Qeyd edək ki, 49 ali təhsil müəssisəsini özündə birləşdirən TÜRKÜNİB-in üzvləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti yer alır.

 
Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK