Azedu.az

Alimlər yaddaşı yaxşılaşdırmağın yeni yolunu tapıb

Maraqlı

28 İyun 2026, 16:09
Alimlər yaddaşı yaxşılaşdırmağın yeni yolunu tapıb

Alimlər maraqlı nəticəyə gəliblər. Belə ki, tərkibində heç bir aktiv maddə olmayan, yəni plasebo həbləri qəbul edən yaşlı insanlarda yaddaş və fiziki göstəricilərdə müəyyən yaxşılaşmalar müşahidə olunub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada iştirak edən könüllülərə qəbul etdikləri həblərin təsirsiz olduğu əvvəlcədən bildirilib. Buna baxmayaraq, üç həftə ərzində aparılan müşahidələr zamanı onların yaddaş testlərində nəticələrinin yaxşılaşdığı, stress səviyyəsinin azaldığı və bəzi fiziki göstəricilərinin müsbət istiqamətdə dəyişdiyi qeydə alınıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, nəticələr insan beyninin gözləntilərə və psixoloji amillərə necə reaksiya verdiyini daha dərindən anlamağa kömək edə bilər. Onların fikrincə, plasebo effekti yalnız dərmanın təsirinə inanmaqla deyil, beynin mürəkkəb psixoloji mexanizmləri ilə də əlaqəlidir.

Alimlər vurğulayırlar ki, bu nəticələr plasebonun müstəqil müalicə üsulu kimi istifadə oluna biləcəyi anlamına gəlmir. Bununla belə, araşdırma gələcəkdə yaddaş pozğunluqları və psixoloji vəziyyətlə bağlı yeni müalicə yanaşmalarının hazırlanmasına töhfə verə bilər.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox