![](https://azedu.az/uploads/news/2024/05/azedu.az_15459779592636935580_1200x630_704.jpg)
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrinə Qərbi Azərbaycan guşəsi yaradılsın.
Bu təkliflə AzEdu.az Təhsil Portalı çıxış edib.
Maraqlıdır, ictimaiyyət bu haqda nə düşünür?
Mövzu ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, Qərbi Azərbaycan haqqında dərsliklərdə geniş yer verilməlidir:
“Məndə olan məlumata əsasən bununla bağlı hazırda işlər gedir. Yəni müxtəlif müsabiqələr, yarışlar keçirilir. Əgər bu prosesi dərinləşdirmək istəyiriksə, birinci dərsliklərdə bu məsləyə geniş yer verilməlidir. Yəni tarixlə bağlı məsələlərdə bu məqamlara xüsusi diqqət yetməlidirlər. Məktəblərin kitabxanalarında bu istiqamətdə ədəbiyyatların, kitabların olmasına ehtiyac var”.
Ceyhun Məmmədov qeyd edib ki, təhsil müəssisələrində Qərbi Azərbaycanla bağlı guşələrin yaradılması maraqlı ideyadır:
“Burada ilk növbədə kitablar, bu mövzuda əsərlər, xəritələr ola bilər. Eyni zamanda Qərbi Azərbaycanın tarixini, milli adət-ənənələrini əks etdirən əşyaların, ədəbiyyatların da olması yaxşı olardı. Həmin məsələdə vahid bir yanaşmanın, konsepsiyanın olması yaxşıdır. Qərbi Azərbaycan icması bir çox tanınmış ziyalılarını özündə əhatə edir. Məktəblərdə, ali təhsil müəssisələrində davamlı olaraq Qərbi Azərbaycan ziyalılarıyla tez-tez görüşlər keçirmək lazımdır. Bu görüşlər çox önəmlidir”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)