Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-02 12:34:00
Qarabağ RTİ-nin tabeliyində nə qədər bağça var? - AÇIQLANDI

Bölgələrdə bağçaların sayının azlığı ilə bağlı tez-tez valideynlər narazılıq edirlər. 

 

AzEdu.az Təhsil Portalı olaraq bağçaların sayını öyrənmək məqsədi ilə sorğu keçiririk. Bu dəfəki sorğumuzu Qarabağ Regional Təhsil İdarəsinə ünvanladıq.

 

İdarədən sorğumuza cavab olaraq bildirildi ki, hazırda Ağcabədi rayonunda 36 bağçada 1926 uşaq;

 

Bərdədə 33 bağçada 1533 uşaq;

 

Füzulidə 33 bağçada 1373 uşaq;

 

Xocalıda 3 bağçada 106 uşaq; 

 

Xocavənddə 4 bağçada 108 uşaq;

 

Tərtərdə  30 bağçada 1401 uşaq;

 

Bərdə və Tərtərdə 27 icma qrupunda  470 uşaq təhsil alır.

 

Bundan əlavə Ağdamda 1730 uşaq təhsil alır. Rayon üzrə 40 bağça olsa da, onlardan 12-si fəaliyyətini dayandırıb.

 

Həmçinin, region üzrə 0 yaşında 1643 uşaq;

 

1 yaşında 2633 uşaq;

 

2 yaşında 2735 uşaq;

 

3 yaşında 3361 uşaq; 

 

4 yaş 2980 uşaq uşaq;

 

5 yaşında 1166 uşaq tədrisdən kənar qalıb. 

 

Qeyd edək ki, təhsildən kənarda qalan uşaqların statistikası 2023-cü ilin avqust ayı üçün nəzərdə tutulub.