Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-17 12:41:37
AzMİU professorunun monoqrafiyası nəşr olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun “İşğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafının İlham Əliyev strategiyası” adlı monoqrafiyası nəşr olunub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, monoqrafiyanın elmi redaktoru X.Xəlilov, redaksiya heyətinin üzvləri isə  akademik Z.Səmədzadə, professor E.Hacızadə, iqtisad elmləri doktoru V.Qasımlı, dosent İ.Məmmədov, iqtisad üzrə fəlsəfə doktoru Ş.Əlizadə, baş müəllim L.Ələkbərovadır.  

 

Monoqrafiya 13-14 iyun 2023-cü ildə AzMİU-da keçirilən “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” adlı beynəlxalq elmi konfransın materialları əsasında hazırlanıb. Nəşr ümumilikdə 3 fəsildən ibarətdir. Belə ki, monoqrafiyada “Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin post-konflikt dövrdə işğaldan azad edilmiş ərazilərin inkişaf prioritetləri”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiya prosesləri” və “Ölkənin dinamik və davamlı inkişafı” fəsilləri üzrə təhlillər aparılıb. 

 

Nəşrdə Böyük Qayıdışın tərkib hissəsi olan modern infrastrukturun formalaşması və inkişaf strategiyası, infrastrukturun bərpası və yenidən qurulmasının investisiya təminatı məsələlələrinə də toxunulur. 

 

İşğaldan azad edilən ərazilərin iqtisadi inkişafında İlham Əliyev strategiyasını, eyni zamanda Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması istiqamətində görülmüş işlərin miqyasını öyrənmək üçün dəyərli mənbə olan nəşr ali təhsil müəssisələrinin müəllimləri, tələbələri, gənc tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.