Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 17:24:04
Respublika çempionatı keçirilib

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində VI-IX və X-XI sinif şagirdləri arasında keçirilib.

 

İkimərhələli çempionatın onlayn keçirilən seçim oyununda respublika üzrə 450-yə yaxın komanda iştirak edib.  

 

Seçim turundan sonra 34 komanda finala vəsiqə qazanıb. 

 

Final mərhələsinin nəticələrinə əsasən, VI-IX siniflər üzrə Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyin "Golden Humanitar" komandası I, Bakı şəhəri 46 nömrəli tam orta məktəbin "Renaissance Team" komandası II, Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyin "Aviator" komandası isə III yerə layiq görülüb.

 

X-XI siniflər üzrə isə Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin "Zəkalar SR" komandası I, Şəki şəhəri 18 nömrəli tam orta məktəbin “Çələbi xan” komandası II, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın "Dahilər" komandası III yerdə qərar tutublar.

 

Qeyd edək ki, qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.