Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 13:35:16
AzEdu.az-yaxın köməkçimiz...

Bu gün AzEdu.az Təhsil Portalının 6 yaşı tamam olur. 6 ilin yekunu göstərdi ki, Azərbaycanda təhsillə bağlı çox az sayda media qurumlarından biri olan AzEdu.az ötən müddət ərzində ölkə mediasında öz yerini müəyyənləşdirə, oxucu auditoriyası toplaya, ən əsası, mövzu dairəsini, məqsəd və məramını ortaya qoya bildi.

 

Çalışdığım Lənkəran Dövlət Universiteti  AzEdu.azla  yaxından əməkdaşlıq edir. Bütün xəbərlərimizi, universitetin həyatındakı yenilkləri ilk öncə bu təhsil portalında yayımlayırıq-heç bir vaxt, mövzu məhdudiyyəti qoyulmadan, operativ.  Portal əməkdaşlarının  təhsillə bağlı keçirtdikləri bütün sorğulara bölgə universitetlərini də cəlb etmələri, cəmiyyəti narahat edən sosioloji və pedaqoji mövzularda müzakirələr keçirmələri, nümunəvi elm, təhsil adamlarının örnək təhsil həyatlarını təbliğ etmələri, ən yaxşı müəllim, tələbə, universitetlərlə bağlı ardıcıl paylaşımlar təqdiredici haldır və sözsüz ki, davamlı oxucu auditoriyasının formalaşmasına öz müsbət təsirini göstərən amillərdəndir.

 

Portal əməkdaşlarının sevincini paylaşır, 6 il ərzində qazandıqları uğurların davamı olmasını arzulayırıq. Tövsiyələrimiz də var. Hər şeydən əvvəl, sosial şəbəkələrə, digər informasiya portallarına media rəqabətində uduzmamaq, yeni rubrikalar tapmaq, tələbə gənclərin maraq dünyasını əks etdirən mövzuları gündəmə gətirmək, təhsillə bağlı araşdırma yazılara daha çox önəm vermək, problemləri, təhsildə neqativ halların işıqlandırılmasını balanslı mövqedən təmin etmək, peşəkar kadrlarıı gücündən istifadə etmək və s.

 

Jurnalistin silahı sözdür. Kəsərli, yerində deyilmiş, həqiqətdən doğan söz. Sözünüz daima kəsərli, operativ olsun, əziz həmkarlar. 6 yaşınız mübarək! Arzu edirik ki, ölkənin media cameəsində yeriniz həmişə seçilsin, görünsün, yazılarınız geniş əks-səda doğursun, təkcə təhsil sektoru üçün deyil, çoxminli oxucu auditoruyası üçün maraq kəsb etsin!

 

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri