Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 14:11:14
65 yaşında müəllimi çıxarırıq, sonra da kadr axtarırıq…

Əmək Məcəlləsinə əsasən müəllimlərin 65 yaşdan sonra əmək fəaliyyətinə qanunla xitam verilir, müəyyən hallarda isə müqavilə ilə 5 ilə qədər uzadıla bilir. Ancaq görürük ki, 65 yaşdan yuxarı savadlı müəllimlər var ki, pensiyaya çıxmaq yerinə, fəaliyyətinə davam etmək istəyirlər.

 

Millət vəkili Musa Qasımlı mövzu ilə bağlı AzEdu.az-a danışıb.

 

M.Qasımlı bildirib ki, bəzi məktəblərdə, xüsusən də dağ rayonlarında müəllim çatışmazlığı var:

 

“Yaş məsələləri birbaşa qanunvericiliklə tənzimlənir, amma heç kimə sirr deyildir ki, bir çox müəllim yaş həddinə görə pensiyaya göndərilir və onların dərslərini ixtisas müəllimləri deyil, digərləri tədris edir. Belə olduqda soruşurlur, fənni ixtisas müəlliminin tədris etməsi yaxşıdır, yoxsa qeyri-ixtisas müəlliminin?

 

Məncə cavab aydındır. Ona görə də bu gün 65 yaşına çatan müəllimlərin pensiyaya göndərilməsi problemlər yaradır. Düşünürəm ki, belə bir vəziyyətin yaranması müvafiq sahədə planlaşdırmanın necə aparılması məsələsində suallar yaradır.

 

Yenə sual yaranır, rayonlarda təhsil şöbələri nə üçündür? Onlar real vəziyyət barədə nazirliyə düzgün məlumat verirlərmi? Məncə bu məsələlər qanunvericiliyin tələbləri pozulmadan real şərait düzgün qiymətləndirilərək həll edilməlidir".