Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-25 12:39:21
Azərbaycan-Türkiyə Universitetinin rektoru kim olacaq? - İDDİA  

Uzun zamandır ki, Azərbaycan-Türkiyə Universitetinin nə vaxt fəaliyyətə başlayacağı cəmiyyətdə geniş müzakirə olunurdu.


Artıq rəsmi şəkildə bu ali təhsil ocağının fəaliyyətə başlayacağı barədə bütün mərhələlər keçilib.
İndi isə insanları maraqlandıran bu universitetə kimin rəhbərlik edəcəyidir.


Çünki bu universitetdən o qədər böyük gözləntilər var ki, insanlar prosesi addım-addım izləyirlər. Bu mənada rektor da ciddi maraq kəsb edir.


AzEdu.az Portalının Türkiyədən aldığı məlumata görə uzun illərdir bu ölkədə yaşayan əslən azərbaycanlı Aygün Attar bu postu tutmaq üçün Ankarada aktiv hərəkətə keçib.


O, həm Türkiyənin, həm də Azərbaycanın razılığını almaq üçün bütün imkanlarını işlək hala gətirib.


Hətta onun yaxın çevrələri Aygün Attarı alternarivsiz yeni fəaliyyətə başlayacaq universitetə rektor olacağını bildirir.


Rəsmi tərəflər isə hələlik məsələyə münasibət bildirməyə tələsmirlər.