![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_11229_0ad4338b664d2a44f81770933a2e805b_965.jpg)
Fevralın 22-də Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD) və Biznes və Menecment fakültəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Xocalı faciəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.
ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva tədbirin açılışında çıxış edərək, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımını bəşər tarixinin ən dəhşətli vəhşilik aktlarından olduğunu bildirib. Bu soyqırımın, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu diqqətə çatdırıb.
Sonra Biznes və Menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, “Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənli, “Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov çıxış edərək, erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdikləri faciələrdən, Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımdan danışıblar. Bildiriblər ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq olub. Natiqlər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)