![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_Screenshot_2024-02-21_164255_710.png)
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin ikinci yarımili üzrə məsafədən dərslərə start verib.
AzEdu.az xəbər verir ki, fevralın 1-dən başlayan dərslərə 30 qrup və 10 müəllim olmaqla 250 iştirakçı qoşulub.
Layihənin birinci yarımili 15 sentyabr – 25 dekabr tarixlərini əhatə edib. Onlayn dərslərdə 359 nəfər xaricdə yaşayan azərbaycanlı iştirak edib. Ümumilikdə 36 qrup üzrə dərslər təşkil edilib. Birinci yarımilin yekununda imtahandan uğurla keçən 218 iştirakçıya sertifikat təqdim olunub.
Birinci yarımili uğurla yekunlaşdıran iştirakçılar növbəti səviyyə üzrə ikinci yarımildə təhsilini davam etdirir.
2023–2024-cü tədris ilini əhatə edəcək layihə ölkəmizdən kənarda yaşayan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.
Layihə çərçivəsində proqramı uğurla bitirən və dərslərdə yüksək nəticə göstərən həmvətənlərimizin iştirakı ilə Bakı şəhərində yay məktəbinin təşkili nəzərdə tutulur.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)