Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 17:06:00
ATU- da tələbələr hansı səbəblərdən akademik məzuniyyətə çıxırlar?

Tələbələrin təhsil aldıqları müddətdə müəyyən səbəblərə görə akademik məzuniyyət götürmək hüququ var.

 

Maraqlıdır, tələbələr hansı hallarda və neçə müddətlik akademik məzuniyyətdən yararlana bilər?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən bildirilib ki, 2023-cü il üzrə universitetdə ümumilikdə 7 nəfər olmaqla akademik məzuniyyət götürüb:

 

“Onlardan Tibb ixtisası üzrə 5 nəfəri sosial məzuniyyət, xəstəliklə əlaqədar akademik məzuniyyət, İctimai səhiyyə ixtisası üzrə 2 nəfəri sosial məzuniyyət, xəstəliklə əlaqədar akademik məzuniyyət götürüb.

 

Həmçinin 75 nəfər öz xahişi ilə, 28 nəfər intizam qaydalarını və müqavilə şərtini pozduqlarına görə, 40 nəfər tədris ilinin əvvəlindən qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadığına görə, 3 nəfər vəfat etdiyi üçün, 43 nəfər başqa ali təhsil müəssisəsinə köçürülməsi bağlı tələbələr universitetdən xaric olunub”.